
Bakı–Tbilis istiqamətində fəaliyyətə başlayan qatar reyslərinə maraq kifayət qədər yüksəkdir.
Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O, qeyd edib ki, sərnişin axınının artması səbəbindən qatara əlavə vaqon da qoşulub:
“Qatar ilkin olaraq 5 vaqondan ibarət olub və onlardan biri restoran vaqonu kimi fəaliyyət göstərib. Artan tələbat nəzərə alınaraq əlavə bir vaqon da reysə daxil edilib”. B.Hacıyev satışa çıxarılan 8000 biletin təxminən 6400,yəni 70 faizinin artıq satıldığını vurğulayıb:
“Hətta Gürcüstandan iyulun ortalarına qədər, bütün reyslər üzrə biletlər satılıb”.

