Fəxri professor adı mənim üçün çox maraqlı yaradıcı fəaliyyət olacaq – Mixail Qusman (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Dillər Universitetinin fəxri professoru adına layiq
görülmək mənim üçün yalnız yüksək şərəfin simvolik aktı deyil, hər
şeydən öncə universitet və tələbələr qarşısında böyük
məsuliyyətdir.

Bunu Trend
görkəmli jurnalist, radio və televiziya aparıcısı, yazıçı, ictimai
xadim Mixail Qusman deyib.

O bildirib ki, universitetin Elmi Şurasına, şəxsən rektor,
akademik Kamal Abdullaya bu yüksək şərəfə görə sonsuz
minnətdardır.

“İş elə gətirib ki, bütün həyatım bilavasitə bu universitetlə
bağlı olub. Mən artıq demişəm ki, ilk dəfə onun binasına hələ
Xarici Dillər İnstitutu adlandığı vaxt ayaq basmışam. O zaman mənim
cəmi beş yaşım var idi, burada bütün həyatını universitetə həsr
etmiş anam işləyirdi. Məni ilk dəfə bura balaca uşaq kimi məhz o
gətirmişdi. Anam uzun onilliklər ərzində bu universitetdə kafedra
müdiri və prorektor olub”, – deyə Mixail Qusman bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda burada anası — görkəmli
alim, tanınmış pedaqoq, professor Lola Barsukun 110 illik yubileyi
təntənəli şəkildə qeyd olunub.




“Mən özüm də bu universitetin məzunuyam. Tələbəlik illərim məhz
bu dəhlizlərdə və auditoriyalarda keçib və mən onu qırmızı diplomla
bitirdiyim üçün xoşbəxtəm. Həm təhsil aldığım dövrdə, həm də
xüsusilə ondan sonra universitetin həyatında ən fəal şəkildə
iştirak etməyə çalışmışam. Burada tez-tez mühazirələrlə çıxış
etmiş, tələbələrlə görüşmüşəm. Mənim üçün bu fəxri ad yalnız yüksək
şərəfin simvolik aktı deyil, hər şeydən öncə universitet və
tələbələr qarşısında böyük məsuliyyətdir”, – deyə Mixail Qusman
bildirib.

O vurğulayıb ki, universitetə faydalı olmaq üçün bütün səylərini
göstərəcək: tələbələr qarşısında çıxış edəcək, onlarla görüşəcək,
seminarlar keçirəcək.

“Buna görə də mənim üçün bu, yalnız fəxri ad deyil, həm də çox
maraqlı yaradıcı fəaliyyətdir”, — deyə Mixail Qusman əlavə
edib.

Qeyd edək ki, bu gün Mixail Qusman Azərbaycan Dillər
Universitetinin fəxri professoru adına layiq görülüb. Bununla
əlaqədar universitetdə təntənəli mərasim keçirilib. Mixail Qusmana
fəxri professor adının verilməsi barədə qərar universitetin Elmi
Şurası tərəfindən qəbul olunub. Universitetin rektoru Kamal Abdulla
Mixail Qusmana böyük təşəkkürünü bildirib, onun təhsilin və
humanitar əməkdaşlığın inkişafına verdiyi töhfələri vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir