
Bakı.Trend:
Bakıda keçirilən təhsilsərgisində ABŞ-nin 40-dan çox
universiteti iştirak edir.
Trend xəbər verir
ki, bunu ABŞ-nin Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə
əməkdaşı Rendi Koul ABŞ-nin Bakıda keçirdiyi təhsil sərgisi
çərçivəsində bildirib.
O qeyd edib ki, ABŞ-də təhsil almağı planlaşdıran tələbələr viza
prosedurları barədə məlumat əldə edə və Amerika universitetlərinin
nümayəndələri ilə birbaşa ünsiyyət qura biləcəklər.
“Bu gün siz tələbə vizaları barədə məlumat almaq imkanı əldə
edəcəksiniz. Daha sonra sərgidə iştirak edən 40-dan çox Amerika
universitetinin stendlərini ziyarət edə biləcəksiniz. Masaların
arxasında həmçinin ABŞ hökumətinin mübadilə proqramlarının
məzunları və səfirliyimizin əməkdaşları da işləyəcək”, – deyə o
bildirib.
Qeyd edək ki, Bakıda ABŞ təhsil sərgisi keçirilir. Tədbir “EducationUSA” proqramı və ABŞ-nin Azərbaycandakı səfirliyi
tərəfindən təşkil olunub.

