
Avropa Futbol Araşdırmaları Komissiyası (CIES) dünyanın ən dəyərli hücumameyilli yarımmüdafiəçilərini açıqlayıb.
Modern.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, CIES araşdırmasına görə, Arda Gülər 124,8 milyon avro dəyərində dünyanın ən dəyərli hücumameyilli yarımmüdafiəçisidir.
Siyahıda ilk üç yeri Arda Gülər, Florian Wirtz və Cud Bellingem tutub.
Siyahıda ilk onluğu təqdim edirik:
- Arda Güler – 124,8 milyon avro
- Florian Wirtz – 124,1 milyon avro
- Jude Bellingham – 120,3 milyon avro
- Fermín López – 115,9 milyon avro
- Cole Palmer – 110,6 milyon avro
- Junior Kroupi – 89 milyon avro
- Lennart Karl – 86,3 milyon avro
- Ibrahim Maza – 85,1 milyon avro
- Jamal Musiala – 84,2 milyon avro
- Dominik Szoboszlai – 78,3 milyon avro.

