“OpenAI” IPO-ya hazırlıq çərçivəsində ABŞ tənzimləyicisinə müraciət edib

Baş səhifə

Bakı. Trend:

“ChatGPT” platformasının yaradıcısı olan “OpenAI” şirkəti
səhmlərinin ilkin kütləvi təklifini (IPO) həyata keçirmək məqsədilə
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) məxfi qaydada
müraciət göndərib.

Trend xəbər verir ki,
bu barədə “The New York Times” nəşri yazıb.

Bildirilib ki, müraciət iyunun 8-də təqdim olunub. Bununla belə,
sənədlərdə şirkətin fond bazarına çıxacağı tarix barədə konkret
məlumat yer almayıb.




“OpenAI”nin açıqlamasında qeyd olunub ki, şirkət hazırda açıq
səhmdar cəmiyyətə çevrilməzdən əvvəl özəl statusda qalaraq həyata
keçirilməsi daha əlverişli olan bir sıra mühüm vəzifələri başa
çatdırmaq niyyətindədir.

Beləliklə, “OpenAI” IPO üçün müraciət edən texnologiya
şirkətlərinin sırasına qoşulub. Bundan əvvəl “SpaceX” və süni
intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” də oxşar
addımlar atmışdı.

Mütəxəssislərin hesablamalarına əsasən, bu ilin mart ayının
sonuna olan vəziyyətə görə, “OpenAI”nin bazar dəyəri təxminən 852
milyard ABŞ dolları həcmində qiymətləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir