Londonda mağaza və marketlərə “hücum” olub – FOTO

Dünya

Oktyabrın 9-da “Animal Rebellion” təşkilatının fəalları “tərəvəzli gələcək” tələbi ilə Londonun mərkəzində keçirilən etiraz aksiyaları çərçivəsində ov və ət dükanlarının vitrinlərinə boya atıblar.

Fəallar “Pall Mall”da ovçuluq və balıqçılıq mağazası olan “Farlows”un üzərinə qırmızı boya töküb, yaxınlıqdakı Sent Ceyms küçəsində yerləşən Uilyam Evansın atıcılıq ləvazimatları mağazasının şüşələrinə boya atıb, digərləri isə supermarketlərdə süd şüşələrini yerə töküblər.

Etirazçılar baş nazir Liz Trass və ətraf mühit naziri Ranil Cayevardeni “iqlim, ətraf mühit və yaşayış dəyəri böhranı” adlandırdıqları problemi həll etməyə çağırıblar.

Mənbə: rossaprimavera.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir