Avstraliyada ekofəallar əllərini Pikassonun tablosuna yapışdırdılar – FOTO

Dünya

Avstraliyada iki ekofəal Viktoriya Milli Qalereyasında Pablo Pikassonun tablosuna əllərini yapışdırdıqları üçün həbs edilib.

Məlumata görə, etiraz aksiyasını “Extinction Rebellion” qrupundan olan 59 yaşlı kişi və 49 yaşlı qadın həyata keçirib.

Cütlük “İqlim xaosu = müharibə və aclıq” yazılmış pankart açıb, aksiyalarını canlı yayımlayıblar.

Nəticədə qalereyanın ziyarətçiləri təxliyə edilib.

Qeyd olunur ki, Pikassonun 1951-ci ildə yazdığı “Koreyada qırğın” tablosu etiraz zamanı zədələnməyib. Belə ki, onun üzərində qoruyucu şüşə olub.

Mənbə: snob.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir