Politoloq: “Azərbaycan və Ermənistan sərhədində Aİ-nin gələcək iştirakı Rusiyanı qane etmir”

Siyasət

“Azərbaycanla Ermənistan sərhədində avropalı müşahidəçilərdən ibarət missiyasının yerləşdirilməsi, həmçinin İrəvanın fəal şəkildə Qərbə yönəlməsi və Rusiya ilə münasibətləri kəsmək üçün əlindən gələni etməsi rəsmi Moskvanı qane etmir”.

Bunu “Report”un Rusiya bürosuna müsahibəsində rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

Onun fikrincə, erməni tərəfi amerikalı və avropalı siyasətçiləri mövcud vəziyyətin həllində iştiraka dəvət etməklə niyyətini və hansı ölkələrə üstünlük verdiyini göstərir.

Ekspert əlavə edib ki, sərhəddə müşahidə missiyası ilə bağlı razılaşma region ölkələrinin daxili işlərinə qarışmaq üçün səbəb ola bilər:

“Qərb bu münaqişənin həlli bəhanəsi ilə bu ölkələrin daxili işlərinə qarışacaq. Belə nümunələr çoxdur. Qərbin indiki durumda əsas vəzifəsi Azərbaycanla Ermənistanı barışdırmaq deyil, İrəvanı anti-Rusiya siyasəti yürütməsinə sövq etməkdir. Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa missiyasını cəlb etmək təşəbbüsü münaqişənin həllinə gətirib çıxarmayacaq”.

D.Qrevtsova Azərbaycanın balanslaşdırılmış, müstəqil xarici siyasət yürütdüyünü vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti erməni xalqının maraqlarını düşünmür:

“Ermənistan hakimiyyəti xalqın mənafeyi üçün deyil, Moskva ilə İrəvanın arasını vurmağa səy göstərən qərbyönümlü elitanın maraqları üçün çalışır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir