Bu gün səhər saatlarında Rusiya qoşunlarının raket atəşi nəticəsində Dnepropetrovsk vilayətində “Dneprovskaya” yarımstansiyası zədələnib.
Bu barədə “Enerqoatom” məlumat yayıb.
Nəticədə Zaporojye Atom Elektrik Stansiyasının (AES) 750 kV-luq “Dneprovskaya” rabitə xəttinin fəaliyyəti dayanıb.
Beləliklə, Zaporojye AES-in enerjisi tamamilə kəsilib. Avtomatik rejimdə dizel generatorları işə düşüb.
“Enerqoatom” şirkəti dizel yanacağının daha bir partiyasını hazırlayaraq AES-ə göndərib. Lakin saat 10:00-a olan məlumata görə, Rusiya tərəfi şirkətin maşın karvanının keçməsinə icazə vermir.
Mənbə: UNİAN
www.102info.az