İranda əhali hökumət qüvvələrinə qarşı döyüşü davam etdirir: Xüsusi təyinatlılar qaçırlar – VİDEO

Dünya

İranın Sənəndəc şəhərində əhali cəsarətlə xüsusi təyinatlı qüvvələrə qarşı döyüşür.

Şəhərin hər yerindən atəş səsləri eşidilir. Etirazçılar aksiyalarını davam etdirirlər və küçələrə çıxaraq xüsusi təyinatlılara qarşı çıxırlar.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Onlar küçələri bağlayır və xüsusi təyinatlılarla toqquşmalara hər an hazır olduqlarını göstərirlər. Xüsusi təyinatlı qüvvələr gözyaşardıcı qazdan istifadə edir, həmçinin əhaliyə birbaşa atəş açırlar. Lakin etirazçılar onlardan qorxmayaraq küçələrdə döyüşü davam etdirirlər.

Xüsusi təyinatlıların əməkdaşları hər dəfə Sənəndəc sakinlərinin hücumu ilə qarşılaşır və hadisə yerindən qaçmağa məcbur olurlar.

Hazırda toqquşmalarda ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumat yoxdur.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir