Rusiya kamikadze dronları işə salmaq üçün Xersona və Krıma iranlı təlimatçılar gətirib

Dünya

Rusiyalı hərbçilər Xerson vilayəti və Krıma iranlı təlimatçılar gətiriblər.

Təlimatçılar İran istehsalı olan “Şhahed-136” dron-kamikadzelərini işə salmaq üçün gətirilib.

Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzinin saytında məlumat verilib.

“Məlumata görə, iranlılar Jeleznıy port, Qladovsı (Xerson vilayəti) və Cankoy (Krım) qəsəbələrində yerləşiblər. Onlar rusiyalılara dron-kamikadzelərdən istifadə etməyi öyrədirlər. Həmçinin dronların Ukraynanın mülki obyektlərinə, xüsusilə də Nikolayev və Odessaya buraxılmasına birbaşa nəzarət edirlər. Təlimatçılar rusiyalıların işğal zamanı ələ keçirdikləri binalarda yerləşiblər”, – deyə məlumatda qeyd edilir.

Eyni zamanda mərkəzdən xatırladılıb ki, İran Rusiya Federasiyasının müharibədə fəal şəkildə istifadə etdiyi pilotsuz təyyarələrin tədarükünü rəsmən rədd edir.

Mənbə: İnterfaks-Ukrayna

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir