Rusiyanın Rostov və Voronej vilayətlərində qubernatorlar tərəfindən yeni tapşırıqlar və səfərbərlik tədbirlərinin davam etdirildiyi barədə açıqlamalar verilib.
Müharibə Tədqiqat İnstitutunun (ISW) mütəxəssisləri hesab edir ki, bu, böyük ehtimalla, qeyd edilən bölgələrdə məntəqə çağırış komissiyalarının müəyyən edilmiş standartlara uyğun fəaliyyət göstərməməsi ilə bağlıdır.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, region qarşısında “yeni səfərbərlik tapşırıqları” qoyulub. Həmçinin qeyd edib ki, məntəqə çağırış komissiyaları tərəfindən müvafiq sərəncamın yerinə yetirilməsinə başlanılıb, lakin təfərrüatları açıqlamayıb.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə qeyd edib ki, hərbi xidmətə çağırış oktyabrın 10-dan sonra uzadılacaq.
Rusiyanın bu bölgələrində ikinci səfərbərlik dalğasının başlanıb-başlamadığı hələlik məlum deyil.
Eyni zamanda səfərbərlikdən cəza tədbirləri və ya şantaj kimi istifadə halları da qeydə alınır.
Məsələn, Maqadan vilayətinin qubernatoru Sergey Nosov qızıl mədən şirkətinin rəhbərinin səfərbərliyə çağırılması ilə bağlı göstəriş verib, buna səbəb isə şirkətin işçiləri arasında çağırış kampaniyası keçirilməsindən imtina edilməsi olub.
Mənbə: ZN.ua
www.102info.az