Xarici media bu gün Azərbaycanın Şuşa zəfəri barədə məlumat paylaşıb.
Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciəti zamanı 28 ildən sonra Şuşanın düşmən işğalından azad edildiyinə dair verdiyi xəbərdən sonra xalqın küçələrə axışaraq zəfər sevincini birlikdə bölüşdüyü qeyd olunub.
Azərbaycanda qələbə sevinci yaşanan anlarda isə paralel olaraq erməni əhalisinin kütləvi şəkildə Xankəndidən qaçdığını əks etdirən videogörüntülər paylaşılıb.