NATO Lukaşenkonu Belarusu Ukrayna münaqişəsinə cəlb etməyi dayandırmağa çağırdı

Dünya

“Belarus Rusiyanı dəstəkləməyi dayandırmalıdır”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin ikigünlük iclasında bildirib.

Stoltenberqin sözlərinə görə, o, Lukaşenko hökumətinin münaqişədə iştirakçı olmaqdan əl çəkəcəyini gözləyir.

Baş katib həmçinin NATO-nun Ukraynaya raket hücumlarının Belarusdan həyata keçirildiyini  bildirib.

“Biz gördük ki, Belarusdan Ukraynaya raket atmaq üçün tramplin kimi istifadə edilir. Belarus prezidenti Rusiyanın hərbi səylərini dəstəkləməyi dayandırmalıdır”, – deyə Stoltenberq əlavə edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir