Kamikadze zondla vurulan asteroid yerini dəyişdi – FOTO/VİDEO

Maraqlı

ABŞ-ın DART kamikadze zondu sentyabrın sonunda kiçik Dimorf (Dimorphos) asteroidinə çırpıldıqdan sonra səma cisminin orbitini dəyişib.

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsindən xəbər verilib.

Qeyd edək ki, DART zondu 2021-ci ilin noyabrında ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasından “SpaceX”in “Falcon 9” daşıyıcı raketi ilə çıxarılıb. Missiya zamanı kiçik kosmik gəmi Yerə yaxın Didim (diametri 780 m) və onun ətrafında fırlanan Dimorf asteroidinin (diametri 160 m) trayektoriyasına daxil olub. Toqquşma planeti asteroiddən xilas etmək imkanlarını qiymətləndirmək üçün nəzərdə tutulmuşdu. Elm adamları zərbənin asteroidin orbitini və uçuş yolunu dəyişib-dəyişdirməyəcəyi barədə dəqiq fikir əldə etməyə ümid edirdilər.

Cari ilin sentyabrın 27-də zond 6,6 km/s sürətlə Dimorfa çırpıldı. Bu hadisə sosial şəbəkələrdə canlı yayımlanıb.

NASA rəhbəri Bill Nelsonun sözlərinə görə, Dimorf zərbədən əvvəl Didim ətrafında 11 saat 55 dəqiqəyə, sonra isə 11 saat 23 dəqiqəyə dövr edib. Beləliklə, onun dövrə müddəti təxminən 32 dəqiqə azalıb.

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsindən o da bildirilib ki, bu, bəşəriyyətin səma cisiminin hərəkətini qəsdən dəyişdirdiyi ilk hadisədir və  asteroidin sapma texnologiyasının ilk tammiqyaslı nümayişidir.

Hazırda alimlər eksperimentlə bağlı əlavə məlumat toplamağa davam edirlər.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir