AZTV-nin “Oxuyur, Vətən!” layihəsinin Laçın şəhərində çəkilişləri davam edir – FOTO

Cəmiyyət

“Oxuyur, Vətən!” teleməkanda tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan uğurlu layihələrdən biridir.

Bu layihədə tarixi Zəfər tərənnüm edilir, azad edilmiş ərazilərdəki dağıntılar, uçulmuş evlər, yarımçıq binalar canlı səhnə rolunu oynayır, seçilmiş ifaçılar daha çox lirik üslubda musiqilər səsləndirməklə, dağıntıları, torpağı əzizləməklə, uzun illərdir həsrətlə gözlənilən Vətən torpaqlarına qayıdışı qabardır, musiqi dili ilə reallıqları geniş auditoriyaya çatdırır.

Layihə bir ildən çoxdur ki, davam edir. İndiyədək Şuşa, Hadrut, Tuğ, Suqovuşan, Ağdam, Füzuli, Xudafərin, Qubadlı, Zəngilanda çəkilişləri aparılıb və tamaşaçılara təqdim olunub.

Sonuncu çəkiliş Laçın şəhərində aparılır. 12 oktyabrdan başlanan çəkilişlərin bu günlərdə başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə çərçivəsində ifaçı Sevda Ələkbərzadə sosial media səhifəsində “Laçın”, səni Laçında oxuyuram. Bu, inanılmazdır, amma bu, belədir. İndi bilirəm, niyə uzun illərdir bu mahnıya klip çəkilmirdi, qismət bu günə imiş” – deyə yazması onun Laçına özü üçün klip çəkdirməyə getdiyi təəssüratını yaradıb. Halbuki, bu, belə deyildir, S.Ələkbərzadə AzTV-nin “Oxuyur, Vətən!” layihəsinin Laçın çəkilişlərinə cəlb edilmiş 14 ifaçıdan biridir.

Laçın şəhərindən hazırlanan “Oxuyur, Vətən!” tezliklə efirdə olacaq!

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir