Çexiyalı fond rəhbəri Edillidədir: “Həqiqəti öz gözlərinizlə görmək vacibdir”

Müharibə

“İşğaldan azad edilmiş ərazilərdə müşahidə olunan bütün dağıntıları, dağıdılmış şəhər və kəndləri sözlə ifadə etmək çox çətindir”.

“Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində iştirak etmiş Azərbaycan hərbçilərinin kütləvi məzarlığının aşkar edildiyi Edilliyə səfər edən xarici Çexiyanın “Avropanın açıq qapıları” Fondunun prezidenti Stanislava Rusova deyib.

“Çox minnətdaram ki, bizi bura gətirdilər və mən hər şeyi öz gözlərimlə görə bildim. Bu, mənim Azərbaycana ilk səfərimdir və gördüyüm dağıntıların və faciənin miqyası sadəcə təsviredilməzdir”, – o bildirib.

Onun sözlərinə görə, insan üçün həqiqətin şahidi olmaq, hər şeyi öz gözləri ilə görmək çox vacibdir. “O zaman bunu dünyaya çatdıra bilirsən, heç olmasa, bunu etməyə çalışırsan”, – S.Rusova vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir