Sürücü taksidə sancısı tutan qadının uşaq dünyaya gətirməsinə kömək edib, sonra onları xəstəxanaya aparıb. Hadisə Rusiya paytaxtında baş verib.
Məlumata görə, Sunatullo Mirzoyev səhər saat dörd radələrində sifarişi yerinə yetirmək üçün ünvana gəlib. Sərnişinin hamilə olduğunu görən sürücü onunu əyləşməsinə kömək təklif etsə də qadın imtina edib. Bundan sonra Mirzoyev sükan arxasına keçib. Ancaq yola düşmək istəyərkən qadın qışqıraraq doğuş sancısı gəldiyini deyib. Çarəsiz qalan sürücü doğuşu özü qəbul etməli olub.
“Uşağın başını tutmuşdum, o da tutmuşdu. Mən də qışqırırdım, o da. Sonra körpəni qadının qarnına qoydum, pencəyimi üstlərinə örtdüm”, – deyə Mirzoyev həyəcanlı halda olanları danışıb.
Taksi sürücüsü qadını xəstəxanaya qədər müşayiət edib, müəssisənin içərisində də kömək edib.
Məlumata görə qadın və körpəsinin vəziyyəti yaxşıdır. Qızın çəkisi üç kiloqramdır.
Körpənin valideynləri Sunatullo Mirzoyevi xaç atası etmək qərarına gəliblər, o, bu təklifi məmnuniyyətlə qəbul edib.
Mənbə: “Shot” “Telegram” kanalı
www.RIA24.az