Rusiya Qara dəniz üzərindən yeni qaz nəqli marşrutları vasitəsilə əhəmiyyətli həcmdə qazı Türkiyəyə yönləndirə bilər. Bu həcmləri “Şimal axını” ilə tədarük olanan qazın həcmi ilə müqayisə etmək olar.
Bunu bazar günü “Rossiya-1” telekanalına müsahibəsində “Qazprom”un rəhbəri Aleksey Miller deyib.
“Söhbət “Şimal axını”nda beynəlxalq terror aktları nəticəsində itirdiyimiz bütün azalan həcmlərdən gedir. Bilirsiniz, qeyri-mümkün heç nə yoxdur” – deyə Miller bildirib.
Qeyd edək ki, “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi Avropanın ən böyük qaz qovşağının Türkiyədə yaradılması ideyası ilə Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü “Rusiya Enerji Həftəsi” forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət Türkiyədə daha bir qaz kəməri sisteminin qurulması və qovşağın yaradılması imkanından gedir ki, o, ilk növbədə Avropa ölkələrinə mavi yanacağın tədarük ediləcəyi qovşaq rolunu oynaya bilər.
Mənbə: TASS
www.102info.az