Ramin Məmmədov erməni deputatlara cavab verdi – VİDEO

Müharibə

Oktyabrın 11-15 tarixlərində Ruandanın paytaxtı Kiqali şəhərində Parlamentlərarası İttifaqın 145-ci Assambleyası keçirilib. Assambleyanın işi çərçivəsində müxtəlif mövzularda panel iclasları keçirilib, eyni zamanda, dayanıqlı inkişaf kontekstində qarşıda duran vəzifələr, qadın və gənclərin inkişafı üçün yaradılmış şəraitlər haqqında müzakirələr aparılıb.

Assambleyada iştirak edən Ermənistan parlamentinin üzvləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb, qaçqın böhranı, sülhə təhdidlər kimi mövzularda böhtan xarakterli çıxışlar ediblər.

Milli Məclisin deputatı Ramin Məmmədov öz çıxışında erməni deputatlara cavab olaraq bildirib ki, sülh müqaviləsi üzrə danışıqların getdiyi həssas bir dövrdə Ermənistanın delimitasiya olunmayan ərazilərdə törətdiyi təxribatlar ümumi prosesə ciddi zərər vurur.

R.Məmmədov erməni deputatların iştirakçıları yanlış məlumatlandırma cəhdini qınayaraq Ermənistanın öhdəliklərini yerinə yetirmədiyinə dair faktları diqqətə çatdırıb. Vurğulayıb ki, 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın bu gün beynəlxalq hüququn norma və prinsipləri haqqında danışmağa haqqı yoxdur.

20 faiz ərazisi işğal altında olduğu dövrdə Azərbaycan bütün çətinliklərə baxmayaraq, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq ciddi nailiyyətlər əldə edib. Müxtəlif sahələri əhatə edən islahatlar və yeni inkişaf konsepsiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf Hesabatı – 2022” sənədində 165 ölkə arasında 50-ci yerə layiq görülüb. Perspektiv baxımından önəmli olan Milli prioritetlərin təyin olunması və müvafiq işlərin artıq icrasına başlanılması ölkəmizin növbəti mərhələdə yeni hədəflərini müəyyən edir.

“Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsi təkcə bizim üçün deyil, bütün region üçün ciddi iqtisadi imkanlar yaradır. Növbəti illərdə işğaldan azad olunan ərazilərdə reabilitasiya, yenidənqurma və reinteqrasiya kimi proseslər əsas istiqamət olaraq qəbul olunub”, – deyə R.Məmmədov bildirib.

Deputat qeyd edib ki, bütün təxribatlara baxmayaraq, Azərbaycan bu gün regional sülh və stabilliyə, qonşularla yaxşı münasibətlərin qurulmasına istiqamətlənmiş siyasətini davam etdirməkdə qərarlıdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir