Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 2 il ötür.
Füzuli döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində apardığı ən uğurlu və əhəmiyyətli döyüşlərdən biri olub.
Füzuli əməliyyatı ordumuzun hərbi qüdrətini bir daha təsdiqləməklə yanaşı, əsgərlərimizin vətən sevgisini heç bir səddin buxovlaya bilməyəcəyini bütün dünyaya sübut etdi. Şəhərin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması, bununla da müharibənin gedişində digər ərazilərimizi də azad etmək üçün strateji üstünlüklər qazanmağımız bunun bariz nümunəsi idi.
Vətən müharibəsi iştirakçısı Kamil Həsənov Füzuli uğrunda gedən döyüşlər zamanı “Ohanyan səddi”nin aşılmasından danışıb:
“Həmin bölgədəki “Ohanyan səddi” bir neçə pilləli idi: şahmatvari minalar, tank əleyhinə minalar, müxtəlif maneələr. Səddi texnikalarımız və peşəkar istehkam qurğularımız vasitəsilə aşaraq düşmən mövqelərini məhv etdik”.
“Düşmən mühasirəyə düşdüyünü hiss edəndə məcbur olub geri çəkildi. Bundan sonra Azərbaycan Ordusu düşmənin üzərinə yeridi”, – deyə Füzuli döyüşlərinin digər iştirakçısı Yusif Əhmədov qeyd edib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.RIA24.az