Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün Komissiyanın ilk iclası keçirilib – FOTO

Siyasət

Bu gün Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir