Dörd ailənin yaşadığı bina təhlükə saçır – VİDEO

Cəmiyyət

Xətai rayonu, Zığ şosesi, 8 Noyabr prospektindəki ünvanda dörd ailə yaşayır. Təbii ki, bu şəraitdə yaşamaq mümkündürsə. Söhbət məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidən gedir.

Sakinlər deyir ki, bu evlərdə 2000-ci ildən məskunlaşıblar. Məcburi köçkün ailələrinin böyük bir qismi 2018-ci ildə buradan köçürülüb. Qalan dörd ailə isə hələ də aidiyyəti qurumlardan cavab gözləyir.

Binanın tavanı çökərək beton plitələr yerə, yəni ev sakinlərinin başına tökülür. Ev rütubət içindədir. Nəm qoxusu isə adamın başını gicəlləndirir. 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı bildirilib ki, torpaqlarımız işğaldan azad edildikən sonra respublikanın digər ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar öz ata-baba yurdlarında fərdi ev və ya mənzillərə köçürüləcəklər. Öncəlik isə ən ağır vəziyyətdə yaşayanlara veriləcək.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir