Şəmkirdə yük maşını aşıb – FOTO

Cəmiyyət

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes-Benz” markalı yük maşını idarəetmədən çıxaraq aşıb, yük maşınında olan əhəng yola dağılıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az