San-Marinonun keçmiş kapitan regenti Cakomo Simonçini dövlət idarələrinin yerləşdiyi Xalq Sarayının əməkdaşına təcavüz etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq.
Bu barədə çərşənbə axşamı Simonçininin özü bəyanat yayıb.
O, “nəhayət açıq məhkəmədə günahsızlığını sübut edə biləcəyini” bildirib.
Məlumata görə, insident martın əvvəlində Simoncini kapitan regent vəzifəsini yerinə yetirərkən Xalq Sarayının ərazisində baş verib.
Qeyd edək ki, San-Marinonun kapitan regenti dövlət başçısı funksiyasını yerinə yetirir. O, Baş Şura tərəfindən öz üzvləri arasından altı ay müddətinə (aprelin 1-dən sentyabrın 30-dək və oktyabrın 1-dən martın 31-dək) seçilir.
Mənbə: TASS
www.102info.az