“Orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə atılır”.
“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusunun nəticələrinə həsr edilən konfransda çıxış edərkən deyib.
O bildirib ki, mərkəzin hazırkı tədqiqatı uşaq və yeniyetmələrin sosial-mədəni və yaradıcı inkişafı üçün asudə vaxtın təşkili, texnoloji vasitələrin bütün həyat sahələrinə sirayət etməsi, xüsusilə uşaqlar üçün yeni münasibət növləri və tələbatları yaratması, ailə institutunun hər bir fərdin həm fiziki, həm də mənəvi cəhətdən formalaşmasında müstəsna yerinin təsdiqlənməsi, onlayn tədrisə keçidin uşaqlara üstünlüklərlə yanaşı, müxtəlif problemlər gətirməsi, uşaqların əmək vərdişləri, yaxud qanunsuz əməyə cəlbi və məktəbəqədər təhsil və digər məsələlər tədqiqatın predmeti olub:
“Ölkəmizdə 1825 uşaq bağçası var. Bu o deməkdir ki, hər 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib. Peşə seçimi dövründə uşaqlar gələcək ixtisas axtarışları zamanı texniki peşə təhsili müəssisələrin sayının azlığı ilə qarşılaşırlar. Belə ki, orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə atılır”.
www.102info.az