Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi müəssisə rəhbərlərinə bütün xarici mesencerlərdən, eləcə də videokonfrans sistemlərindən istifadəni dayandırmaqla bağlı müraciət ünvanlayıb. Söhbət Rusiyada məşhur olan “Zoom”, “Skype” və “WhatsApp”dan gedir.
Bu barədə nazirliyin məktubunda bildirilir.
Müraciətdə qeyd edilir ki, bu, kibertəhlükəsizliyin təmini ilə əlaqədardır. Alternativ olaraq kompüterlərdə, smartfonlarda, planşetlərdə və digər cihazlarda yerli mesencerlərdən və videokonfranslardan istifadə etmək təklif olunur.
Xatırladaq ki, bundan əvvəl Rusiya Təhsil Nazirliyi də müəllim və valideynlərə təhsil prosesində, yaxud iş yerində “WhatsApp” da daxil olmaqla bütün xarici mesencerlərdən (o cümlədən “Viber”, “Skype”, “Google Drive” və s.) istifadə etməyi yasaqlayıb.
Mənbə: Kommersant
www.102info.az