İki il öncə: Zəngilan şəhəri və bir sıra ərazilər işğaldan azad edilir – FOTO/VİDEO

Müharibə

44 günlük Vətən müharibəsi dövründə, 20 oktyabr tarixində Azərbaycan ordusu Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan istiqamətlərində bir sıra əraziləri işğaldan azad edib.

Oxu.Az xatırladır ki, iki il öncə Füzuli istiqamətində Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri işğaldan təmizlənib.

Cəbrayıl rayonu üzrə isə aşağıdakı kəndlərdə Ermənistanın işğalına son qoyulub: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu üzrə: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.

Oktyabrın 20-də Zəngilan şəhəri, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.

Xatırladaq ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalq müraciətində elan edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir