Avropa alimləri Misirin Müqəddəs Yekaterina pravoslav monastırının orta əsr əlyazmasında qədim yunan astronomu Nikeyalı Hipparx tərəfindən tərtib edilmiş ulduzlu səma kataloqunun fraqmentini aşkar ediblər.
Kembric Universiteti, Sorbonna və Fransa Milli Elmi Tədqiqat Mərkəzinin bir qrup mütəxəssisi bildirib ki, bu, tarixçilərə məlum olan ulduzlu səmanın ən erkən kataloqudur. Onu tərtib edən alim Nikeyalı Hipparx eramızdan əvvəl II əsrdə Rodos adasında yaşayıb fəaliyyət göstərib. Aşkar edilmiş fraqment 5-6-cı əsrlərdə yenidən yazılıb.
Qeyd edək ki, Sinay dağındakı Müqəddəs Yekaterina monastırının əsası VI əsrdə qoyulub. O, dünyanın ən qədim davamlı fəaliyyət göstərən xristian monastırıdır. Məbədin kitabxanasında 160-dan çox palimpsest (əvvəlki yazıların üzərinə yazılmış mətnlər) var. Tədqiqatçılar onların arasında Hipparx kataloqunun və digər itirilmiş qədim kitabların yeni fraqmentlərini tapmağa ümid edirlər.
Mənbə: TASS
www.102info.az