Balakəndə ata və oğul qadın üstündə dava etdilər

Kriminal

Balakən rayonunda 1962-ci il təvəllüdlü Valeh şəxsi münasibətlər zəminində oğlu Musaya (adlar şərti verilib – red.) xəsarətlər yetirib. 

Demokrat.az xəbər verir ki, hadisə Balakən rayonunun Gərəkli kəndində baş verib.

Valeh yaşadığı evdə oğlu Musa ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı oğlunun sifət nahiyəsinə 3-4 dəfə yumruqla vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Balakən rayonu Gərəkli kəndində yerləşən evində oğlu Musa ilə birlikdə yaşayır:

“Hadisə günü, gecə saat 00:30-da evdə olduğum zaman oğlum sərxoş halda evə gəldi. Bu zaman mənə guya başqa qadını evə gətirdiyini bildirdi, mənimlə əsassız yerə mübahisə etməyə başladı. Cavabımda isə ona öz evim olduğunu, özümün bildiyimi dedim. Bu zaman Musa mənimlə təkrar mübahisə etməyə başladı. Dedi ki, evi və torpaq sahəsini böləcək. Buna əsəbləşərək Musanın sifət nahiyəsinə 3-4 dəfə yumruqla vurdum”.

Təqsirləndirilən şəxs deyib ki, nəticədə Musanın ağzından qan gəlib. Bildirib ki, sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, evində oğlunun münaqişə yaratdığını bildirib. Onun ifadəsinə görə, mübahisə zəminində oğlu onu vurmayıb və ona hər hansı xəsarət yetirməyib. O, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini söyləyib. 

Valeh ifadəsində göstərib ki, oğluna dəymiş ziyanı könüllü şəkildə tamamilə ödəyib və onunla barışıb. 

Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Valehin barəsində ittihamedici hökm çıxarılmayıb. 

Buna səbəb Valehin oğlu ilə barışması, oğlunun ondan şikayətçi olmaması olub. Məhkəmə Valehin barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir