Hava hücumu siqnalı verildi, ukraynalı isə günəşlənməyə davam etdi – VİDEO

Dünya

Ukraynanın Nikolayev şəhərində səhər saatlarında hava hücumu siqnalı səsləndirilib.

Günəş altında uzanan ukraynalı isə siqnala məhəl qoymadan istirahətini davam etdirib.

Şəhər boyu həyəcan siqnalı olmasına baxmayaraq, yerli sakin sakitcə dəsmalın üzərində uzanıb və heç bir reaksiya verməyib.

Bu görüntüləri Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim öz “Twitter” hesabında paylaşıb və videoya şərh verib:  

“Qorxmaz Nikolayev sakinləri hava hücumu siqnalı altında günəşlənir. Rusiyalılar kimi qorxutmağa çalışır?” – deyə o qeyd edib.

Mənbə: Tsn.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir