Bakıda avtobus qəzaya düşdü: Xəsarət alanlar var – FOTO

Cəmiyyət

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində – Böyükşor nəqliyyat qovşağı istiqamətində baş verib.

Belə ki, 145 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu Ecobus” markalı avtobusun qəzaya uğraması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

www.102info.az