Cümə axşamı günü Çadın paytaxtı Ncamena şəhərində iğtişaşlarla müşayiət olunan hökumət əleyhinə nümayişdə, 10-u təhlükəsizlik qüvvələrinin üzvü olmaqla, azı 30 nəfər həlak olub.
Bu barədə hökumət sözçüsü Əziz Mahamat Saleh məlumat verib.
“Qadağan edilmiş nümayiş üsyana çevrilib. Nümayişçilər hökumət binalarına, baş nazirin rəhbərlik etdiyi partiyanın qərargahına hücum ediblər”, – deyə o, bildirib. Salehin sözlərinə görə, ölənlərlə yanaşı, çox sayda yaralılar da var.
Hökumətin bəyanatında deyilir ki, aksiya ölkədə sabitliyi pozmaq cəhdidir. “Hazırkı nümayiş xarici qüvvələrin dəstəyi ilə silahlı üsyan yaratmaq məqsədi daşıyır. 1500-dən çox gənc hökumət binalarına və infrastruktura qarşı hərəkət etmək üçün təlim keçib”, – bəyanatda bildirilib.
Qeyd edək ki, hazırkı hadisələr Çadda ölkə ərazisinin üçdə ikisini əhatə edən və 1 milyon insana ziyan vuran daşqınlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edildikdən bir gün sonra baş verib.
Mənbə: TASS
www.102info.az