Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfərə gediblər – FOTO

Cəmiyyət

“Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər.

“Report”un Qarabağ bürosunun məlumatına görə, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.

Beynəlxalq konfransın iştirakçılarının işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri çərçivəsində nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla bağlı məlumat verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir