Ərdoğanın Şərqi Zəngəzura səfəri İrana və Ermənistana böyük bir mesajdır – RƏY + FOTO

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Zəngəzura səfəri İrana və Ermənistana böyük bir mesajdır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, qardaş ölkənin liderinin iş qrafikinin sıx olmasına baxmayaraq Zəngilan Beynəlxalq Hava Limanının da açılışında iştirak etməsi mühüm əhəmiyyət daşıyır. Türkiyə Prezidentinin səfərini çox uğurlu bir səfər hesab edən deputat vurğulayıb ki, bütün bunlar həm Türkiyə dövlətinin, həm də Türkiyə xalqının birmənalı şəkildə Azərbaycanın yanında olduğunu göstərir.

V.Əhmədov açıqlamasında həmçinin İranın 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də Ermənistana silah-sursat, canlı qüvvə və digər bir sıra sahələrdə köməklik göstərməsindən bəhs edib. O, bu yaxınlarda İranın Cəbrayılla sərhəddə yerləşən Araz çayı üzərindəki Xudafərin körpüsünün yaxınlığında hərbi təlimlərə başladığını xatırladıb:

“30 il ərzində keçirilməyən təlimlərin indi keçirilməsinə səbəb nədir?! Hətta iddialar da var ki, 12-13 sentyabrda ermənilər tərəfindən törədilən təxribatlarda da İranın əli var və Ermənistana müəyyən yardımlar edib. Bu baxımdan görüş zamanı verilən mesajlar, Şuşa bəyannaməsinin xatırladılması aydın mesaj idi. Hansı ki, iki qardaş ölkə bir-birlərinin təhlükəsizliklərinə bu bəyannamə ilə qarant olublar. Türkiyənin Azərbaycanın yanında olması, xüsusilə cənab Ərdoğanın cənab Əliyevlə çox isti münasibəti bir sıra dövlətlərdə narahatlıq yaradır. Bu dövlətlər Türkiyə ilə Azərbaycannın güclənməsini özləri üçün problem hesab edirlər”.

“Sözügedən səfər o cümlədən Ermənistana ağlını başına toplaması üçün böyük bir mesajdır ki, sülh sazişini imzalasın və Azərbaycanın ərazi bütövlüyünü tanısın. Türkiyə dövlət başçısının prezident İlham Əliyev birgə Qarabağa tez-tez səfərlərinin təşkil olunması isə özlüyündə qardaş ölkənin dəstəyinin önəmli bir nümunəsi kimi qəbul edilə bilər”, – deputat V.Əhmədov əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir