Goranboyda 2 yük avtomobili toqquşub, xəsarət alan var – FOTO

Cəmiyyət

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki yük avtomobili toqquşub. Nəticədə yük maşınlarından biri yoldan çıxaraq aşıb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı digər maşının yük yerində olan daş yol dağılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir