Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü Tural İmanov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçən, şəxsiyyəti məlum olmayan, təxminən 65-70 yaşlarında kişini vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az