Kürdəmirin Sığırlı kənd qəbiristanlığında yerləşən qədim Qafqaz Albaniyasına məxsus Qaratəpə tarixi abidəsi 2001-ci ildən dövlət qeydiyyatına götürülsə də, hazırda baxımsız vəziyyətdədir.
Kəndin vəfat edən sakinləri də abidənin ərazisində dəfn olunublar.
Bundan başqa, abidənin ərazisində məişət tullantılarına da rast gəlmək mümkündür.
Ölkə əhəmiyyətli daşınmaz Qaratəpə tarixi abidəsinin tanıtım lövhəsi də bərbad haldadır.
Tarixçi Fariz Xəlilli deyir ki, əgər abidənin tezliklə qorunması və təbliği işi həyata keçirilməzsə, Qaratəpə tarixə qovuşa bilər.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, aparılan maarifləndirici tədbirlərdən sonra son dövrlər abidəyə yaxın yerlərdə dəfnlərin həyata keçirilməsinin qarşısı alınıb, arxeoloji abidənin ərazisinin mühafizəsi məqsədilə ətrafı dəmir torla hasarlanıb.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az