Qırğızıstanda kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən bir qrup siyasətçi, keçmiş məmurlar, hüquq müdafiəçiləri və tanınmış ictimai xadimlər məhkəmənin qərarı ilə həbs edilib.
Bu barədə Respublika Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, oktyabrın 23-də 20-dən çox tanınmış siyasətçi, hüquq müdafiəçisi, ictimai xadim və eks-məmur kütləvi iğtişaşların təşkilində şübhəli bilinərək Qırğızıstanın Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb. Onların evlərində axtarışlar aparılıb. Həmin şəxslər sərhədin ümumi hissəsinin demarkasiyası və delimitasiyası çərçivəsində Kempir-Abad su anbarının Özbəkistana verilməsinə qarşı çıxıblar. Oktyabrın 24-də isə Bişkekdə 100-150 nəfərin iştirakı ilə saxlanılanlara dəstək yürüşü keçirilib.
Mənbə: TASS
www.102info.az