Tarix boyu insanlarımız su qıtlığından əziyyət çəkdikləri üçün ovdanlardan istifadə ediblər. Vaxtı ilə Abşeronda 100-ə yaxın su quyusu və 40-dan artıq ovdan var imiş. Həmin su quyuları və ovdanlar əslinə qalsa, tarixi abidələrimiz hesab olunurlar.
Uzun illər istifadə olunan ovdanlar sonradan torpaq altında qaldıqları üçün üstü bağlanıb və insanlar tərəfindən unudulublar.
Onlardan biri də Məhəmmədi kəndindəki Qaradağlı məhəllə qəbiristanlığı yaxınlığında aşkarlanıb. Bu, Abşeronda olan 40 quyudan biridir.
Bu ovdan digərlərindən özünəməxsusluğu ilə seçilir. 30 pilləkəni var. Amma nədənsə yarımçıq qazılıb.
1985-ci ilə qədər istifadə edilib. Sonradan qum altında qaldığından itib-batıb.
Bu ovdanda su müharibə illərinə qədər olub.
3 metrlik hissəsi qazılıb. Əsas hissənin üstü tarixi abidə kimi açılacaq.
Ovdan iki hissədən ibarətdir. Giriş hissəsi aşkara çıxarılsa da, daxilində araşdırma aparmaq üçün kifayət qədər maraqlı məqamlar var.
Vaxtı ilə su içmək üçün istifadə edilən ovdana indi zibil əlindən daxil olmaq mümkün deyil.
Photostock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: Photostock.az
www.RIA24.az