“Qorqud” Vikipediya Metodik Klubu “Şuşa İli”nə həsr olunmuş layihəni başa çatdırıb – VİDEO

Mədəniyyət

“Qorqud” Vikipediya Metodik Klubu “Şuşa İli”nə həsr olunmuş layihəni başa çatdırıb.

Klubun könüllüləri açıq ensiklopediyanın Azərbaycan və xarici dilli seqmentlərində Şuşaya həsr olunmuş 270-dən çox məqalə yerləşdiriblər. Şuşanın tarixi, mədəniyyəti, memarlığı, tanınmış elm və hərb adamları, ziyalıları, şəhidlərinə həsr olunmuş mövcud məqalələr yenilənib və redaktə olunub, 20-dən çox xarici dilə tərcümə edilib, yaxud yeniləri yaradılıb. “Qorqud”un layihəsinə Rumıniya, Almaniya, BƏƏ, İsveçdən həmvətənlərimiz, Özbəkistan, Gürcüstandakı diasporumuzun fəalları dəstək veriblər.

Vikipediya hazırda dünyanın ən iri məlumat resurslarından biridir. Layihənin əsas məqsədi burada ermənilər tərəfindən Qarabağ və Şuşanın tarixi ilə bağlı yanlış məlumatların yerləşdirilməsi halları ilə mübarizə aparmaqdır. “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir