İranın Naxçıvan təxribatının məqsəd nədir? – VİDEO

Siyasət

İran İslam Respublikasının son vaxtlar Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti getdikcə aqressiv şəkil almaqdadır.

Bu barədə “Azad İran” “Youtube” kanalı süjet hazırlayıb.

Belə ki, Azərbaycanla həmsərhəd bölgədə hərbi təlimlərin keçirilməsindən və Qafanda İranın baş konsulluğunun açılmasından sonra İran tərəfindən Azərbaycana qarşı açıq-aşkar təxribat xarakterli daha bir addım atılıb. Oktyabrın 21-də İran Dövlət Teleradio Təşkilatına bağlı “Səhər” televiziya kanalı Azərbaycan Respublikasının ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında guya “İranın Naxçıvanı” adlı xalq hərəkatının yarandığı barədə məlumat yayıb.

Məlumatda iddia olunduğuna görə, könüllü əsaslarla fəaliyyət göstərən bu qondarma hərəkatın məqsədi Naxçıvanı İrana birləşdirmək, daha dəqiqi, onun İrana qaytarılmasına nail olmaqdır. Xəbərə mötəbərlik donu geyindirməkdən ötrü bir Azərbaycan jurnalistinin adından istifadə olunsa da, araşdırma göstərir ki, bu, çoxdan planlaşdırılmış bir təxribatdır və son dövrlər İranın Azərbaycan əleyhinə atdığı siyasi, hərbi və diplomatik addımların bilavasitə davamıdır. Yəni söhbət əslində İranın Azərbaycana qarşı apardığı hibrid müharibənin bir elementindən gedir.

Daha ətraflı süjetdə:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir