“Azərbaycanla İsveçrənin yaxşı münasibətləri və siyasi dialoq platforması var”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanla İsveçrə arasındakı iqtisadi əlaqələr də yaxşı səviyyədə qurulub.
“Hər iki ölkə bir-birinin iqtisadiyyatına investisiya qoyub. Biz İsveçrəyə qızıl ixrac edirik. Biz isveçrəli partnyorlarımızla əməkdaşlıqdan məmnunluq duyuruq”, – deyə səfir qeyd edib.
Səfir Azərbaycanla Ermənistan arasındakı dialoqlarda İsveçrənin məkan kimi seçilməsini də xatırladıb.
“Təsadüfi deyil ki, 2022-ci ilin oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri də İsveçrənin Cenevrə şəhərində görüşdülər”, – deyə o əlavə edib.
Aqşin Kərimov
www.RIA24.az