Süd vəzi xərçəngi olanlar pəhriz saxlamalıdırlar?

Cəmiyyət

“Süd vəzi xərçəngi olanların kalorili qidalara daha çox üstünlük vermələri məsləhət görülür”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

Onkoloqun sözlərinə görə, xəstədən-xəstəyə fərq var:

“Sırf bunu yeməlisən deyə bir qayda yoxdur. Sadəcə normal qidalara üstünlük versələr yaxşı olar”.

H.Vəliyeva qeyd edib ki, qadınlar xəstəliyin olub-olmamasını özləri yoxlaya bilərlər:

“Süd vəzisində xüsusən maye ifrazı olub-olmadığı yoxlanmalıdır. Duş altında barmaqların ucu ilə toxunulmalıdır. Əlamət hiss edəndə qorxmaq lazım deyil. Yaşlarından asılı olmayaraq hər bir xanımın süd vəzisi yoxlanılmalıdır ki, xəstəlik varsa, təcili müalicə olunsun”.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir