Özbəkistan XİN İran hərbi texnikasının ölkədə yığılması ilə bağlı xəbərləri təkzib edib

Dünya

Özbəkistan Respublikası İranla hərbi-texniki sahədə əməkdaşlıq etmir və İranın hərbi texnikasını öz ərazisində yığmır.

Bunu cümə axşamı Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.

“İnternetdə ukraynalı jurnalist və bloger Dmitri Qordonun israilli iş adamı Leonid Nevzlin ilə videomüsahibəsi yayılıb. Həmin müsahibədə İran PUA-larının Özbəkistan ərazisində yığılması ilə bağlı yalan məlumatlar səsləndirilib. Biz bəyan edirik ki, Özbəkistan Respublikası İran İslam Respublikası ilə hərbi-texniki sahədə əməkdaşlıq etmir və öz ərazisində İranın hərbi texnikasını yığmır. Eyni zamanda, nə Ukrayna tərəfi, nə də digər xarici tərəfdaşlardan bu uydurma məsələ ilə bağlı rəsmi müraciət almayıblar”, – məlumatda deyilir.

Həmçinin, Özbəkistan XİN öz bəyanatında Ukraynanın rəsmi orqanlarına Ukrayna KİV-lərinin Özbəkistanla bağlı bu cür əsassız ittihamlar və digər etibarsız məlumat yaymasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək xahişi ilə müraciət edib.

“Bu, ikitərəfli münasibətlərə xələl gətirə bilər”, – deyə bəyanatda vurğulanıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir