12 kəndin işğaldan azad edilməsindən 2 il keçir – SİYAHI

Müharibə

Bu gün Azərbaycan ordusunun Zəngilan, Füzuli ,Cəbrayıl və Qubadlı istiqamətlərində qazandığı bir neçə uğurdan iki il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabrın 28-də Zəngilanın Birinci Ağalı, İkinci Ağalı və Zərnəli kəndləri işğaldan azad olunub.

Həmin tarixdə Füzuli istiqamətində daha bir kənd – Mandılı kəndi erməni işğalçılarından təmizlənib.

Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri də eyni tarixdə işğaldan azad olunan kəndlər siyahısında yer alır.

Qubadlının isə 3 kəndində – Qiyaslı, Əbilcə və Qilicanda işğala son qoyulub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” ataraq xalqa çatdırıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir