Rusiyada LGBT təbliğatına qadağa qoyan qanun layihəsi qəbul edildi

Dünya

Rusiya Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin ölkədə, o cümlədən KİV-də, internetdə, reklamda, ədəbiyyatda və kinoda təbliğatının qadağan edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Nümayəndələr Palatasının spikeri Vyaçeslav Volodin də daxil olmaqla 400-ə yaxın Dövlət Dumasının deputatı LGBT təbliğatını qadağan edən qanun layihəsini dəstəkləyib.

Sənəd qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatının, həmçinin LGBT-lər haqqında məlumatların yayılmasının qadağan edilməsini nəzərdə tutur. İnternetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, kinoda və reklamda yeniyetmələr arasında cinsiyyət dəyişikliyi çağırışlarının qadağan edilməsi də açıq şəkildə ifadə olunub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir