“Bu gün bizim hüquqşünaslar çox əziyyət çəkirlər, xüsusilə Mülki Məcəllə ilə bağlı. Çünki Mülki Məcəllə çox mürəkkəb dildə yazılıb”.
Oxu.Az xəbər verir ki, bunu Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimat mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
“Qanun dili nə qədər sadə olsa, o qədər işlək olur. Hazırkı kitabın da maksimum sadə dildə hazırlamasına üstünlük verilib. Ümid edirəm ki, gələcəkdə belə problemlər yaşanmayacaq”,-deyə o əlavə edib.
Sayad Həsənli
www.102info.az