Oktyabrın 28-də Lənkəran rayonunun Liman şəhərində 35 yaşlı kişi intihar edib.
“Report”un əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Ramal Yaşar oğlu Əhədov yaşadığı evin həyətində yerləşən çardaqdan özünü asaraq həyatına son qoyub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
www.102info.az