Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər bir vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 202 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 944 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 314 nəfərdir.
Ölkədə son sutka ərzində 2 060, hazırkı dövrədək isə 7 317 582 test aparılıb.
www.102info.az